Elbrus Məmmədov vəzifəsindən istefa verib

Premyer Liqanın 33-cü turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" - "Kəpəz" (0:3) matçından sonra komandanın baş məşqçisi Elbrus Məmmədov klub rəhbərliyinə istefa ərizəsini təqdim edib. Məmmədovun ərizəsi klub tərəfindən qəbul edilib.

 

Qeyd edək ki, Elbrus Məmmədov 2012-ci ildə "Xəzər Lənkəran"ın əvəzedi heyətinin baş məşqçisi təyin olunmuşdu. Gənc futbolçularla güclü komanda yaratmağı bacarmış və klubun bir çox yetirməsinin əsas komandaya qədər yüksəlməsində pay sahibi olmuş Məmmədov 2015-ci ilin yanvar-may aylarında, həmçinin 2016-cı ilin yanvar ayından bugünədək əsas komandanın baş məşqçisi qismində çalışdı.

 

"Xəzər Lənkəran" Futbol Klubu Elbrus Məmmədova geridə qalan illər ərzində göstərdiyi xidmətlərə görə dərin təşəkkürünü bildirir, mütəxəssisə məşqçilik karyerasında yüksəlişlər və davamlı nailiyyətlər arzulayır!

 

Qeyd edək ki, əsas komandanın baş məşqçisi funksiyasını mövsümün sonuna qədər əvəzedici heyətin baş məşqçisi Ağadadaş Həmidov yerinə yetirəcək.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.