“Qəbələ” ilə ev oyununa üç gün qaldı

Premyer Liqanın XXXI turunda Qəbələ şəhərinin eyni adlı təmsilçisini qonaq edəcək “Xəzər Lənkəran” bu gün hazırlığa start verib. Komandamız iki günlük istirahətdən sonra Lənkərandakı bazasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir. Son səfər matçında zədələnən futbolçularımız- Vüqar Bəybalayev və Nodar Məmmədov həkim nəzarəti altında fərdi məqşlərə artıq başlayıblar. Hər iki futbolçunun matçda iştirakı oyun günü bəlli olacaq. Xatırladaq ki, “ Xəzər Lənkəran”- “ Qəbələ” matçı aprelin 23-də saat 16.30-da  “Xəzər Lənkəran” Mərkəzi Stadionunda  start götürəcək. 

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.