“Xəzər Lənkəran” “İnter” matçına iki itki ilə çıxacaq

Mart ayının 20-də Premyer Liqanın XXVI turu çərçivəsində son matç Lənkəranda baş tutacaq. Komandamız paytaxtın “İnter” klubunu qonaq edəcək və matç saat 13.30- da start götürəcək. Lənkərandakı bazasında matçın hazırlığını davam etdirən “Xəzər Lənkəran” rəqibi qarşısına iki ciddi itki ilə çıxacaq. Belə ki, 4 sarı vərəqə səbəbindən cəzalı duruma düşən Orxan Sadıqlı və müqavilə ilə “ İnter” klubuna məxsus olan Tural Qürbətov qarşılıqlı anlaşma səbəbindən komandamıza kömək edə bilməyəcək.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.