Komanda XXIII tura tam heyətlə hazırlaşır

“Xəzər Lənkəran” bir günlük istirahətdən sonra bu gün, XXIII turun hazırlığına başlayır. Qış fasiləsindən sonra keçirdiyi son iki qarşılaşmada məğlub olan komandamız bu dəfə çətin Qəbələ səfərinə yollanacaq. Fevral ayının 26-na qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək “ Xəzər Lənkəran” həmin gün səfərə çıxacaq və bir gün sonra Qəbələdə eyni adlı komanda ilə üz-üzə gələcək. Komandamızda zədəli və cəzalı futbolçunun  olmaması məşqçilər korpusunu sevindirən əsas məqamdır.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.