“Böyük oyun” hazırlığı davam edir

Premyer Liqanın XXI turu çərçivəsində mövsümün üçüncü “ Böyük oyun” u baş tutacaq. “Xəzər Lənkəran” səfərdə “ Neftçi” ilə qarşılaşmanın hazırlığına Lənkəranda start verib  və məşqlər gün ərzində iki dəfə olmaqla davam etdirilir. Komandamızın iki aparıcı üzvü Tural Qürbətov və Ruslan Cəfərov cəza səbəbindən “ Böyük oyun” u buraxmalı olacaqlar. Fevral ayının 12-nə qədər Lənkərandakı bazasında hazırlığını keçirəcək “ Xəzər Lənkəran” daha sonra paytaxta üz tutacaq. 

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.