XVI turun hazırlığı davam edir

Premyer liqanın XVI turunun hazırlığını davam etdirən “ Xəzər Lənkəran” məşqlərini Lənkərandakı bazasında keçirir. Təqvim dəyişikliyi ilə əlaqədar növbəti turun AZAL ilə səfər matçını dekabrın 13-də keçirəcək komandamız gündə bir dəfə olmaqla hazırlığı Lənkəranda keçirib dekabrın 12-də paytaxta yola düşəcək. Zədəli futbolçularımızdan İlyas Səfərzadə, Kazım Kazımlı və Elnur Cəfərovun müalicəsi klubun tibbi korpusunun nəzarəti altında davam etdirilir. Cəzalı duruma düşən İlyas Səfərzadə komandamıza bu matçda kömək edə bilməsə də cəzasi bitən Elşən Rzazadə AZAL ilə matçda heyətdə öz yerini tuta biləcək.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.