Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər Lənkəran”da 6-cı gənc və yubilyarlar

NameTopaz Premyer Liqasının XIV turunun “Zirə” ilə səfər oyununda (0:1) “Xəzər Lənkəran” məğlub oldu, lakin bu matç həm də debüt və yubileylərlə də yadda qalıb. Qarşılaşmanın gedişində meydana daxil olan Namiq Qocayev karyerasında ilk dəfə rəsmi matçda əsas komandanın formasını geyinib. O, klubumuzun tarixinə 195-ci futbolçu kimi düşüb. Qocayev milliləşənlər də nəzərə alınmaqla 112 legionerə güvənən komandamızın 83-cü yerli futbolçusu olub. Gənc futbolçu Premyer Liqada “Xəzər Lənkəran” forması geyinən 188-ci oyunçudur.

 

Qocayev “Xəzər Lənkəran”da 17 yaş 348 günlüyündə debüt edib. O, klub tarixinin 6-cı gənc (18 yaşdan aşağı) oyunçusudur. Bu göstəricidə rekord Elnur Cəfərova məxsusdur – 15 yaş 321 gün. Kazım Kazımlı 16 yaş 67 günlük, Fikrət Ulduzlu 16 yaş 237, Rahid Əmirquliyev 16 yaş 344 günlük, Kamran Abdullazadə 17 yaş 144 günlük olarkən komandamızda rəsmi matça çıxıb.

 

18 yaşı tamam olmamış “Xəzər Lənkəran”da debüt edən 6 oyunçudan biri olan Əmirquliyev isə komandamızın heyətində 250-ci çempionat görüşünə çıxıb. “Ağ-yaşıllar”ın formasında ümumilikdə 315-ci oyununu keçirən kapitanımız “Zirə”ylə matçda çempionat oyunlarını 250-yə çatdırıb. Əvvəllər “Şahdağ”da çıxış edən yarımmüdafiəçi ümumilikdə Premyer Liqada 306 oyun keçirib.

 

XIV turun oyunu baş məşqçimiz Yunis Hüseynov üçün də əlamətdar olub. O, baş məşqçi karyerasında 200-cü Premyer Liqa görüşündə iştirak edib. Təcrübəli mütəxəssis bu matçların 35-ni “ağ-yaşıllar”ın “sükanı arxasında” keçirib. Ümumilikdə isə Hüseynov komandamızı 40 oyuna çıxarıb.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.