Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Bizimkilər millidə: üçüncü kapitan, 27-ci milli üzvü

2015-ci ildə son matçını keçirən Azərbaycan milli komandası Moldova ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 2:1 hesabı ilə qalib gələn yığmamızın heyətində “Xəzər Lənkəran”ın 2 futbolçusu meydana çıxıb. 90 dəqiqə meydanda olan Rahid Əmirquliyev ardıcıl 8-ci oyunda əvəzolunmadan iştirak edib. O, 2015-ci ildə yığmanın heyətində bütün qarşılaşmalarda 90 dəqiqə forma geyinən yeganə oyunçudur.

 

Millidə 48-ci oyununu keçirən Əmirquliyev ilk dəfə komandanın kapitanı olub. O, yığma tarixinin 25-ci kapitanıdır. Yarımmüdafiəçimiz millidə buna layiq görülən 3-cü “Xəzər Lənkəran”lıdır. 2007-ci il oktyabrın 17-də Serbiya ilə AVRO-2008-in Bakıdakı seçmə oyununda (1:6) yığmamızın kapitanı Ceyhun Sultanov həmin vaxt “ağ-yaşıllar”ın üzvü idi. 2012-cü il noyabrın 14-də DÇ-2014-ün Şimali İrlandiya ilə Belfastdakı görüşündə (1:1) komandamızı təmsil edən Ruslan Abışov kapitan olmuşdu.

 

Ümumilikdə isə Əmirquliyev millidə keçirdiyi oyunların 48-də də “Xəzər Lənkəran”ı təmsil edib. Onun kimi Moldova ilə oyunda iştirak edən Elşən Rzazadə sonradan meydana çıxıb. 22 yaşlı yarımmüdafiəçi 63-cü dəqiqədə oyuna daxil olub. Karyerasında ilk dəfə milli forma geyən Rzazadə “Xəzər Lənkəran”ın tarixinə Azərbaycanın əsas yığmasında oynamış 27-ci təmsilçisi kimi düşüb. Komandamızın yarandığı 2004-cü ildən bu oyunadək “ağ-yaşıllar”ın 26 üzvü millinin matçlarında meydana çıxmışdı ki, onlardan sonuncusu olan Elnur Cəfərov ötən ay Bolqarıstanla Sofiyadakı görüşdə bu siyahıya daxil olmuşdu. Əmirquliyevin başçılıq etdiyi bu cədvəldə Kamran Ağayev (31), Elnur Allahverdiyev (19), İlqar Qurbanov (16), Branimir Subaşiç (12), Emin Quliyev (11) və Vüqar Nadirov (11) da ön sıralardadır.

 

Digər futbolçumuz Elnur Cəfərovun çıxış etdiyi U-21 millisi isə Avro-2017 seçmə mərhələsi çərçivəsində ev Rusiyadan həmyaşıdlarını 3:0 hesabı ilə darmadağın etdi. Yetirməmiz start heyətində yer alıb və 63 dəqiqə meydanda olub.

 

Həmçinin bu həftə U-17 milli komandasının seleksiya təlim-məşq toplantısı keçiriləcək. "Xəzər Lənkəran"ın iki futbolçusu, əvəzedici və U-17 qrupumuzun aparıcı üzvləri Kənan HəsənovKamal Dənziyev də toplanışa çağırılıblar.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.