Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Akademiyanın həftəsi: U-15 məğlubiyyəti "5:0"la unutdurdu

U-17 komandası ev oyunlarında qələbə seriyasını bu həftə də davam etdirdi. “Qarabağ”la qarşılaşan komandamız 2:0 hesablı qələbə qazandı. Qolları Kamal DənziyevNurlan Fərəcli vurdular. Oyunun icmalını təqdim edirik:

 

 

Ötən həftə “Zirə” ilə oyunda çempionatda ilk məğlubiyyətini ala (0:1) U-15 komandamız bu tur əsas rəqiblərindən olan “Sumqayıt”ı qonaq elədi. Qarşılaşma komandamızın 5:0 hesablı qələbəsi ilə yekunlaşdı. Oyun ilk üç qolu Tural Bayramov vurdu, bu onun mövsümdə ikinci het-trikidir. Digər iki qol Yusif Qasımov Zamiq Əliyevin hesabındadı. “Xəzər Lənkəran” TV bu oyunun da icmalını diqqətinizə çatdırır.

 

 

Həftənin digər iki oyununda isə komandalarımız məğlub oldular. U-16 komandası səfərdə “Vətən”ə 1:2 hesabı ilə yenildi. Komandamızın yeganə qolunu yuxarıda adını çəkdiyimiz Tural Bayramov vurdu. U-19 isə evdə “Bakı”ya eyni hesabla məğlub oldu. Bu görüşdə komandamızın yeganə qolunu penaltidən Milad Bayramov rəqib qapısından keçirdi.

 

Ötən həftə U-19 liqası çərçivəsində komandamızın səfərdə “Neftçi” İB klubu ilə 0:0 hesablı heç-heçə oynaması barədə məlumat vermişdik. Bu həftə AFFA İntizam Komitəsi sözügedən qarşılaşmada meydan sahiblərinin təhlükəsizliyi təmin etmədiyinə görə “Neftçi” İB komandasına 3:0 hesablı texniki məğlubiyyət verilməsi barədə qərar çıxardı. Beləliklə, hal-hazırda Hafiz Əliyevin komandası 13 xalla 1-ci – 4-cü yerləri bölüşdürür.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.