Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Akademiyanın həftəsi: daha üç liqaya start verildi

Geridə qoyduğumuz həftə aşağı yaş liqaları tam sürət götürdü. Ötən həftələrdə yalnız U-15 liqasının matçları keçirilirdisə, bu həftə 19, 17 və 16 yaşlılar da mövsümə start verdilər.

 

Bazar ertəsi səfərdə “Vətən”lə qarşılaşan U-17 komandamız rəqibə məğlub olub. Rəqibin vurduğu qollara Kamal Dənziyev iki dəfə cavab versə də, son dəqiqələrdə təyin olunan penalti oyunun nəticəsini həll etdi – 2:3. Qeyd edək ki, Kamal Dənziyev bu mövsümdə artıq 6 dəfə fərqlənib - onun hesabında əvəzedicilər çempionatında vurduğu 4 qol da var.

 

Name

16 yaşlı Dənziyev bu mövsüm artıq 6 dəfə rəqib qapısına yol tapıb. Görəsən, U-17 millisində Kamalı görə biləcəyik?

 

Növbəti gün isə U-15 ev oyununa çıxdı. Bu turda Mircəlal Əliyevin yetirmələri “Kəpəz”lə üz-üzə gəldi. Favorit statusunu tam doğruldan 2001-ci il təvəllüdlü futbolçularımız 7:0 hesabı ilə qalib gəldilər. Qolları Əliağa Məmmədov (3), Tural Bayramov, Qədir Həsənov, İsmayıl Bəbirzadə və Aydın Ağazadə vurublar. Hazırda “Xəzər Lənkəran” U-15 Liqasında dörd oyundan maksimum nəticə qazanan dörd komandadan biridir.

 

Çərşənbə günü U-19 komandası mövsümdə ilk matçına çıxdı. UEFA Gənclər Liqasına vəsiqə qazanmış “Rəvan”ı qəbul edən Hafiz Əliyevin komandası böyükhesablı qələbə qazana bildi. 3:0 hesabı ilə qalib gələn komandamızın heyətində qolları Kənan Bağırzadə, Arzu İsmayılzadə və Fərid Ağazadə vurdular. “Xəzər Lənkəran” TV oyunun icmalını diqqətinizə çatdırır:

 

 

U-16 qrupu da ilk tur oyununa evdə çıxdı. “Qarabağ”la qarşılaşan komandamız Asim Cəfərov və Nurlan Fərəclinin qolları ilə 2:1 hesabı ilə qalib gəldi. Bu matçın da icmalı gün ərzində “Xəzər Lənkəran” TV Youtube kanalında yerləşdiriləcək.

 

Name

U-16 komandasının kapitanı Sübhan Məmmədli "Qarabağ"a qarşı oyunda

 

Qeyd olunan hər bir aşağı yaş qrupunun heyətinə, nəticələrinə, təqviminə və həmçinin turnir cədvəlində yerləşdiyi mövqeyinə saytımızın tam yenilənmiş “Akademiya” bölməsində baxa bilərsiniz.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.