Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Akademiyanın həftəsi: U-15 komandasından uğurlu start

Aşağı yaş qrupları turnirlərindən ən birinci U-15 Liqasına start verilib. Bu il edilən dəyişikliklər nəticəsində turnir 18 komandanın iştirakı ilə və ikidövrəli sistemlə keçirilir.

 

Dünən artıq 3-cü turun oyunları keçirilib. Mircəlal Əliyevin çalışdırdığı "Xəzər Lənkəran"ın müvafiq yaş qrupunun komandası maksimal nəticə göstərməklə hal-hazırda liderlər sırasında yer alıb.

 

Açılış oyunu ötən həftənin çərşənbə axşamı Bakı baş tutdu. "Rəvan"ın qonağı olan yetirmələrimiz özlərini heç də qonaq kimi aparmadılar. 5:0 hesabı ilə yekunlaşan oyunda komandamızın qollarına Əliağa Məmmədov (dubl), Xəqani Bədirov, Qədir Həsənov və Etibar Suleymanov imza atdılar.

 

 

Bazar günü "Turan" İB komandasına qarşı Lənkəranda keçirilməli oyun rəqibin gəlməməsi səbəbindən baş tutmadı və "Xəzər Lənkəran"a 3:0 hesablı texniki qələbə verildi.

 

Dünən isə komandamız uzaq səfərə çıxdı. Ağsuda yerli komandaya qarşı keçirilən oyun futbolçumuz Tural Bayramovun benefisi ilə yadda qaldı. Məhz Tural het-triki sayəsində komandamız növbəti üç xalını əldə etdi - 3:0.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.