Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

75-ci dubl

Məlum olduğu kimi, ötən bazar AZAL-ı 3:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran”ın qollarından ikisinə Kamran Abdullazadə, digərinə Sadio Tounkara imza atıb. Bu futbolçulardan biri klub tarixində rəqib qapılarına yol tapanlar siyahısına düşübsə, digəri o siyahıdakı mövqeyini yaxşılaşdırıb. İki dəfə fərqlənən Abdullazadə “Xəzər Lənkəran”da qol hesabını açıb. Bu matçadək 23-ü çempionatda olmaqla, 27 matçda rəqib qapısına yol tapa bilməyən yarımmüdafiəçi AZAL-la qarşılaşmada dubl müəllifi olub. O, komandamızın tarixinə qol sevinci yaşayan 99-cu oyunçu kimi düşüb. Belə ki, 2004-cü ildə yaradılan klubumuzun buna qədərki rəsmi matçlarında 98 futbolçu rəqib qapısına qol vurmuşdu.

Mövsümdə ilk dəfə fərqlənən Tounkara isə “Xəzər Lənkəran”da 18-ci qolunu qeyd edib. Malili yarımmüdafiəçi klub tarixinin ən məhsuldar oyunçuları arasında 6-cı yerə şərik olub. Sadio qol sayında eyni göstəriciyə malik Rəşad Abdullayev, Vüqar Nadirov və Oqtay Dərəlioğluna çatıb. Hazırda Tounkara yalnız 5 futbolçudan - Zaur Ramazanov (44), Samir Əliyev (34), Rahid Əmirquliyev (32), Mario Souza (26) və İvan Svetkovdan (24) geri qalır.

Abdullazadə “Xəzər Lənkəran”ın tarixinə həm də dubl müəllifi olan 40-cı futbolçu kimi düşüb. Onun 2 qola imza atması ilə komandamızın ümumilikdə 75-ci dublu rəsmiləşib. Bu matçadək futbolçularımız 74 dəfə bir oyunda 2 qol vurmuşdu. Zaur Ramazanov hamıdan çox – 8, Vüqar Nadirov 5, Samir Əliyevlə Etame Mbilla hərəyə 4 qarşılaşmada dubla imza atıb.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.