Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

4 oyun - 4 qələbə

Geridə qalan həftə “Xəzər Lənkəran”ın aşağı yaş qrupları üçün növbəti uğurlu həftə kimi yaddaşda qaldı. Ölkə çempionatında çıxış edən 4 qrupun hər biri qələbə qazana bildi.

 

Bazar ertəsi Ağadadaş Həmidovun rəhbərlik etdiyi U-17 komandası “Bakı”nı qəbul etdi. Matçın başlanğıcında komandalar az qala hər fürsəti qola çevirmək qərarına gəlmişdilər – ik 10 dəqiqədə artıq 2:2 hesabı qeydə alınmışdı. Yekun nəticədə komandamız hesabda önə keçib üstünlüyü sona qədər qoruya bildi – 4:3. Komandamızın heyətində Xəqani Sadıqov dubl etdi, Nurlan Fərəcli İlqar Gürşadlı hərəyə bir qol vurdu. Qeyd edək ki, Xəqani və Nurlan U-16 qrupunun futbolçularıdır.

 

Növbəti gün isə qələbə seriyasının davam etmək məqsədilə U-15 komandamız “Neftçi” İK İB komandası ilə oyuna çıxdı. Qarşılaşma komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşdı. Tural Bayramovun iki dəfə fərqləndiyi oyunda həmçinin Qədir HəsənovƏliağa Məmmədov rəqib qapısına yol tapdılar. Beləliklə, 8 oyuna 8 qələbə və 0 buraxılan topla “Xəzər Lənkəran” U-15 liqasında zirvədə gedən üç komandadan biridir.

 

 

U-16 komandası bu həftə səfərə çıxan yeganə qrupumuz oldu. Rəqib turnir cədvəlinin qonşu pilləsində qərarlaşan “Fortuna-Səbail” komandası idi. Maraqlı keçən matç komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşdı. Qolların müəllifləri: Elməddin Əsədullayev, Murad Məmmədov və iki gün öncə U-15 komandasının heyətində dubl edən Tural Bayramov.

 

Hafiz Əliyevin baş məşqçisi olduğu U-19 isə evdə “İnter”lə qarşılaşdı. Oyun komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatdı. Bu oyunda Kənan Sadıqov dubl etdi, digər qolu isə Fərid Ağazadə vurdu.

 

Aşağı yaş qruplarının heyətləri, təqvimləri və nəticələri ilə saytımızın "Akademiya" bölməsində ətraflı tanış olmaq mümkündür.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.