Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

100-cü heç-heçə və digər statistik detallar

Premyer Liqanın V turunun “Neftçi” ilə səfər oyununda bərabərliyə (1:1) nail olan “Xəzər Lənkəran” Azərbaycan çempionatlarında 100-cü heç-heçəsini rəsmiləşdirib. Keçirdiyi 338 qarşılaşmada 158 qələbə və 80 məğlubiyyəti də olan “ağ-yaşıllar” 51 dəfə evdə, 49 dəfə səfərdə 1 xal əldə edib. Komandamız 2013/14 mövsümündə daha çox – 13 heç-heçə edib. Hesabında 41 dəfə 1:1 və eyni sayda 0:0 olan “Xəzər Lənkəran” 18 qarşılaşmada daha qollu (2:2) “sülh”ə imza atıb. Komandamızın ən çox heç-heçə etdiyi komandalar “Neftçi” və “İnter”dir – hərəsi ilə 15 dəfə.

 

Bakıda keçirilən qarşılaşma “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin “Böyük oyun”larda 3-cü qolu ilə əlamətdar olub. Ardıcıl ikinci dəfə “Neftçi” ilə qarşılaşmada fərqlənən yarımmüdafiəçi klubumuzun heyətində “Böyük oyun”larda ən çox qol vuran futbolçu adına şərik olub. Rahidədək Manuel Skarlatake və Julius Vobay da “Neftçi”ni 3 dəfə məyus etmişdi.

 

Ümumilikdə isə Əmirquliyev “Xəzər Lənkəran”da 22-si çempionatda olmaqla 32-ci qolunu vurub. Hər iki göstəricidə 3-cü olan yarımmüdafiəçi Zaur Ramazanov (cəmi 44, çempionatda 33) və Samir Əliyevdən (cəmi 34, çempionatda 24) geri qalır.

 

Penalti dəf edən Orxan Sadıqlı isə “Xəzər Lənkəran”da yeni rekord müəyyənləşdirib. Qapısına təyin olunan 14 belə zərbədən 11-ni buraxan qolkiper 3 dəfə penaltini zərəsizləşdirən ilk qapıçımız olub. Kamran Ağayev və Dmitri Kramarenkonun hərəsinin hesabında 2 buraxılmayan penalti var.

 

Qeyd edək ki, “Böyük oyun” iki futbolçu üçün “Xəzər Lənkəran”da əlamətdar matç olub. Tural Cəlilov 60-cı, Elşən Rzazadə 25-ci dəfə ağ-yaşıl formada rəsmi matça çıxıb.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.