“Böyük oyun” hazırlığı başladı

Premyer liqanın V turu çərçivəsində səfərdə “Neftçi” nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığına start verib. Komandamız Lənkərandakı bazasında dünəndən etibarən bir araya gələrək məşqlərini davam etdirir. Heyətdə zədəli futbolçu olmasa da Sadio Tounkaranın “ Böyük oyun”da meydana çıxması sual altındadır. Artıq 4 aydır ki, əməliyyat olunan malili futbolçumuz komanda ilə birgə məşqlərə qoşulsa da meydana çıxmağa tam hazır deyil. Sentyabr ayının 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək “Xəzər Lənkəran” sonra matç üçün paytaxta yola düşəcək. Xatırladaq ki, qarşıdakı “ Böyük oyun” sentyabr ayının 20-də saat 21.00-da “ Bakcell Arena” da  baş tutacaq.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.