Gənclərdən ibarət heyətimiz 5-ci xalını qazandı

Premyer liqamızın 3-cü turu çərçivəsində evdə Bakının “Rəvan” klubunu qonaq edən “Xəzər Lənkəran” 1-1 hesablı bərabərliyə imza atıb. Komandamız bununla da əsası gənclərdən qurulan heyəti ilə 5-ci xalını qazanıb. Milli komandamızın qarşıdakı rəsmi oyunları ilə əlaqədar çempionatımızda verilən uzun fasiləyə görə futbolçularımıza qısamüddətli istirahət verilib. Avqustun 28-də Lənkəranda toplaşacaq “Xəzər Lənkəran” məşqlərini doğma şəhərdəki bazasında davam etdirəcək. 

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.