Superliqa təmsilçisi ilə bərabərə qaldıq

Yay təlim- məşq toplanışı çərçivəsində 4-cü yoxlama oyununa çıxan “Xəzər Lənkəran”, Türkiyə Superliqasında çıxış edəcək “Kayserispor” klubu ilə bərabərə qalıb. “Kayserispor” klubunun təlim-məşq bazasında keçirilən oyunda komandamız  19-cu dəqiqədə Vüqar Nadirovun vurduğu qolla fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Fasilədən sonra “sarı-qırmızı”lar hesabı bərabərləşdirə biliblər və 60-cı dəqiqədə Samed Ali Kayanın qapımızdan keçirdiyi topla matçın yekun nəticəsi bəlli olub-1-1.

 

“Xəzər Lənkəran” toplanış müddətində sonuncu yoxlama oyununa iyul ayının 24-də çıxacaq və Türkiyə III Liqa təmsilçisi “ Derincespor”la oyun Bakı vaxtı ilə saat 20.00-da komandamızın məskunlaşdığı otelin məşq meydançasında baş tutacaq. Matç “ Xəzər Lənkəran” Tv ilə canlı yayımlanacaq. 

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.