"Xəzər Lənkəran" FK mətbuatı təbrik edir

22 iyul tarixi Azərbaycanda Milli mətbuat günü kimi qeyd edilir. Tarixi 140 il bundan əvvəl ilk nüsxəsi çapdan çıxan "Əkinçi" qəzeti ilə başlanan milli jurnalistika bugün daha bir yubileyini bayram edir. Hazırda ölkəmizdə istər radio və televiziya, istər çap, istərsə də elektron media baş verən hadisələri operativ və məzmunlu şəkildə işıqlandırmaqla mövcud informasiya tələbatını maksimum dərəcədə ödəyir. Bu sözləri həmçinin idman sahəsində fəaliyyət göstərən KİV nümayəndələrinə də aid etmək olar. Yarandığı ildən idman mətbuatı ilə münasibətlərin vacibliyini sözdə deyil, əməldə göstərən "Xəzər Lənkəran" Futbol Klubu bugün də eyni prinsipləri rəhbər tutur. Biz əminik ki, futbolun inkişafının ən vacib şərtlərindən biri məhz sağlam tənqid, düzgün təhlil və operativ məlumat verməyi bacaran mətbuatın mövcüdluğudur.

 

"Xəzər Lənkəran" Futbol Klubu idmanı və futbolu işıqlandıran, işinə peşəkar səviyyədə yanaşan və obyektivlik prinsipinə daim sadiq duran bütün media nümayəndələrinin bayramını təbrik edir, onlara işlərində nailiyyətlər və uğurlar diləyir!

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.