Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Yetirmələrimiz Qazaxıstanda keçirilmiş turnir haqqında fikirlərini bölüşdülər

Bildiyiniz kimi, futbol üzrə Azərbaycanın U-17 milli komandası bu yaxınlarda Qazaxıstanda keçirilən “Prezident Kuboku” turnirində iştirak etdi. Finala qədər yüksələn millimiz İspaniyadan olan həmyaşıdlarına yalnız həlledici görüşün oyunsonrası penaltilər seriyasında məğlub oldular. Millinin heyətində “Xəzər Lənkəran”ın iki yetirməsi İbrahim Qədirzadə və Yusif Həsənov da var idi. Hər iki futbolçu saytımızla turnir haqqında təəssüratlarını bölüşdü.

 

Nameİbrahim Qədirzadə Qazaxıstandan əla təəssüratlarla döndüyünü deyir: “Belə turnirlərdə iştirak mənim üçün yaxşı təcrübə oldu. Turnirdən əvvəl Gürcüstanda təlim-məşq toplanışı keçdik, məncə, o toplanışın bəhrəsini gördük. Ən çətin oyun mənim üçün final görüşü oldu. İspaniya millisi səviyyə cəhətdən digər rəqiblərdən çox fərqlənirdi. Heyətlərində “Barselona”nın, “Atletiko”nun akademiyalarının futbolçuları var idi”.

 

Millidə klubdan fərqli olaraq daha çox müdafiəyə meyilli oyun sərgiləyən Qədirzadə bunu məşqçi təlimatları ilə izah edir: “Baş məşqçinin tapşırığına uyğun oynayıram. Millidə məndən daha çox müdafiənin qabağında oynamaq tələb olunur. Klubda isə baş məşqçimiz hücuma dəstək verməyimi istəyir, ona görə çempionatda daimi olaraq fərqlənirəm və uzaqdan qapını tez-tez yoxlayıram”.

 

Qədirzadə gələn il ölkəmizdə keçiriləcək U-17 Avropa Çempionatını böyük həvəslə gözlədiyini deyir: “Bu turnirlər, tez-tez keçirdiyimiz təlim-məşq toplanışları hamısı Avro-2016 üçün hazırlıqdır. Yaxşı hazırlaşmağımız üçün bütün şərait yaradılır. Turnirdə yaxşı iştirak edəcəyimizə inanıram”.

 

NameDigər üzvümüz Yusif Həsənov isə turnirdə asan oyunun olmadığını düşünür: “Bütün oyunlar çətin keçdi. Buna baxmayaraq, yaxşı oyun göstərməyi bacardıq. Birinci yeri də tuta bilərdik, sadəcə penaltilərdə bəxtimiz gətirmədi”.

 

Təəssüf ki, Yusifin finala doğru yolunu Gürcüstanla oyunda aldığı zədə kəsdi: “Gürcüstanla oyunda möhkəm zədələndim. Heyif ki, zədənin ciddiliyi turnirin sonuna qədər oynamağıma imkan vermədi. Hələ bundan sonra da tam bərpa olunmağım üçün yəqin 1-2 həftəyə ehtiyac olacaq”.

 

İstər “Xəzər Lənkəran”da, istərsə də millidə əsasən müdafiənin mərkəzində çıxış edən Həsənov “Prezident Kuboku”nda müdafiənin sağında qərarlaşmışdı: “Bu mənim üçün yeni mövqe idi. Müəyyən çətinliklər var idi, amma ümumi olaraq özümü rahat hiss edirdim və diqqətli olmağa çalışırdım”.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.