Bir sıra futbolçularla müqavilələr uzadıldı

"Xəzər Lənkəran" Futbol Klubu bir sıra futbolçu ilə müqavilələrin uzadılmasını məmnunluqla diqqətinizə çatdırır. Belə ki, klubun yetirmələri Kazım Kazımlı, Tərlan Qasımzadə, Elvin Mirzəyev və Elşən Rzazadə növbəti 3 il müddətinə yeni sözləşmələrə imza atdılar.

 

"Xəzər Lənkəran" Futbol Klubu hər bir futbolçuya növbəti mövsümlərdə daha uğurlu çıxış etməklə əsas komandanın heyətində möhkəmlənməyi və uğurlarında pay sahibi olmağı arzulayır.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.