“ Xəzər Lənkəran” “Bakı” üçün toplandı

Premyer liqanın XXXI turundan sonra iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” dünən,  Lənkərandakı bazasında bir araya gəlib. Komandamız may ayının 2-də səfərdə baş tutacaq “ Bakı”ilə qarşılaşmanın hazırlığını Lənkəranda davam etdirəcək. Zədə səbəbindən son turu buraxan Vyekoslav Tomiç artıq komandaya qoşulsa da fərdi olaraq məşqlərini davam etdirir.  “Qəbələ” ilə görüşdə dizindən zədə alan İlyas Səfərzadə isə müaliçə aldığından məşqlərə qoşulmur. “Xəzər Lənkəran” may ayının 1-də hazırlığını tamamlayıb paytaxta yola düşəcək və oyunöncəsi son məşqini matçın keçiriləcəyi stadionda tamamlayıb matç saatını gözləyəcək.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.