Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Akademiyanın həftəsi: komandalar pley-offda

“Xəzər Lənkəran”ın bölgə yarışlarında iştirak edən 5 komandasının hamısı paytaxtda keçiriləcək pley-off yarışlarına vəsiqə qazandılar. Yeni reqlamentə əsasən qalib komanda tək oyun nəticəsində müəyyənləşməli idi. Komandalarımız aşağıdakı nəticələri göstərdilər:

U-10 Liqası: “Xəzər Lənkəran” 3:1 “Neftçala” (foto)

U-11 Liqası: “Xəzər Lənkəran” 7:0 “Astara”

U-12 Liqası: “Xəzər Lənkəran” 9:0 “Neftçala” (foto)

U-13 Liqası: “Xəzər Lənkəran” 3:0 “Neftçala”

U-14 Liqası: “Xəzər Lənkəran” 3:1 “Neftçala” (foto, video)

 

Qeyd edək ki, U-10, U-12 və U-13 komandalarını Röyal və Xəyal Abbasov qardaşları, U-11 komandasını Cavid Quliyev, U-14 komandasını isə İqbal Babayev çalışdırır.

 

Bundan əlavə ötən həftə U-16 liqasında “Xəzər Lənkəran” “Şirvanı” böyük hesabla məğlub etdi – 4:1. Komandamızın qollarına Kənan Səfərov, Kamal Dənziyev və Hikmət Nağıyev (2) imza atdılar. Oyunun fotoreportajı – burada. “Xəzər Lənkəran” TV isə matçın icmalını təqdim edir:

 

Bugün isə U-15 Liqasında növbəti turun oyunları baş tutub. Doğma meydançada “Fortuna”nı qəbul edən Namiq Qarayevin yetirmələri 2:0 hesablı qələbəyə seviniblər. Qollara Xəqani Sadıqov və Nurlan Fərəcli imza atıblar. Fotoreportaj - burada.

 

Daha bir xəbər isə akademiyanın millidə təmsil olunan üzvləri ilə bağlıdır. Belə ki, affa.az saytının məlumatına görə aprelin 10-dan 19-a qədər Bakıda keçiriləcək UEFA-nın İnkişaf turnirində iştirak edəcək və turnirə hazırlıq məqsədilə aprelin 5-dən etibarən paytaxtda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti müəyyənləşib. Bu toplanışda "Xəzər Lənkəran"dan İbrahim Qədirzadə, Yusif Həsənov və Kənan Səfərov dəvət olunublar.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.