Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Akademiyanın həftəsi: üç oyun - 18:1

Həftəyə U-17 komandası qol şousu ilə start verdi. "Kəpəzi" qəbul edən komanda 8:0 hesablı qələbəyə sevindi. Maraqlıdır ki, komandanın heyətinin əksəriyyətini U-16 komandasının üzvləri təşkil edirdi. Elə vurulan qolların yeddisinin müəllifi məhz 16 yaşlılar oldu. Bu qarşılaşmada İbrahim Qədirzadə və Kənan Səfərov het-triklə yadda qaldılar, Kamal Dənziyev və Kənan Sadıqov isə hərəyə bir dəfə fərqləndilər. "Xəzər Lənkəran" TV oyunun icmalını təqdim edir.

 

Növbəti gün isə U-15 komandası darmadağınla yadda qaldı. Namiq Qarayevin komandası AZALı 6:0 hesabı ilə məğlub etdi. Bu görüşdə Peyman Səfərzadə və Nurlan Fərəcli dubl etdilər, bir qolu Elməddin Əsədullayev, digərini isə Tural Bayramov rəqib qapısından keçirdi. "Xəzər Lənkəran" TV bu qarşılaşmanın icmalını diqqətinizə çatdırır:

 

U-16 komandamız isə bugün doğma meydanda "Turan"la qarşılaşdı. Bu matç da komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşdı - 4:1. Komandamızın heyətində Hikmət Nağıyev, Kənan Səfərov, Əli Qurbanov və millinin üzvü Yusif Həsənov fərqləndilər (Fotoreportaj burada). Bu oyunun icmalını da bir müddət sonra "Xəzər Lənkəran" TV kanalında görmək olacaq. Hələlik isə sizi U-16 komandasının ötən tur "İnter"lə səfər oyununda iki dəqiqədə məğlubiyyətdən qaçdığı oyun haqqında süjeti izləməyə dəvət edirik. Bu oyunda qolları İbrahim Qədirzadə və Kənan Səfərov vurublar.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.