Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Akademiyanın həftəsi: növbəti ev qələbələri

Həftə "Xəzər Lənkəran" yetirmələri üçün uğurlu başladı. Bazar ertəsi 17 yaşlılardan ibarət komanda evdə "Sumqayıt"ı qəbul etdi və görüş 3:1 hesabı ilə komandamızın xeyrinə nəticələndi. Qolları Eltac Mirzəyev, Kənan Sadıxov və kapitan Məhəmməd Əsəsov vurdular. Oyunun icmalını "Xəzər Lənkəran" TV təqdim edir:

 

 

Növbəti gün U-15 komandası evdə oynadı və "Əlincə"ni Sübhan Məmmədli və Əli Qurbanovun qolları ilə məğlub etdilər - 2:1. "Xəzər Lənkəran" TV bu oyunun bütün maraqlı epizodlarını diqqətinizə çatdırır.

 

U-19 komandası səfərdə "İnter"lə qolsuz heç-heçə oynadı, həftənin yeganə məğlubiyyətini isə "Qarabağ"a 3:0 hesabı ilə yenilən U-16 komandası aldı.

 

Qeyd edək ki, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının fevralın 14-dən 19-dək Bakıda, fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq. Toplanışa "Xəzər Lənkəran"ın yetirmələri İbrahim Qədirzadə və Yusif Həsənov da dəvət alıb.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.