Yunis Hüseynov – 50!

Bu gün “Xəzər Lənkəran” Futbol Klubunun idman direktoru Yunis Hüseynovun 50 yaşı tamam olur. Keçmiş Sovet İttifaqı dönəmində gözəl oyunu ilə daima seçilən əfsanəvi futbolçu iki dəfə müstəqil Azərbaycanın “Ən yaxşı futbolçu” tituluna layiq görülüb. Karyerasını başa vurduqdan sonra baş məşqçisi olduğu Yevlaxın “Karvan” klubu ilə Avropa miqyaslı turnirlərdə mərhələ adlayan ilk mütəxəssis kimi tarixə düşən Yunis Hüseynov 2012-ci ildə “Xəzər Lənkəran”ı çalışdırarkən də klubumuzun tarixində Avroliqa turniri çərçivəsində ilk mərhələ adlayan baş məşqçi kimi uğurunu təkrarlayır.

 

“Xəzər Lənkəran” Futbol Klubu Yunis Hüseynovu 50 yaşının tamam olması münasibətilə təbrik edir, ona bundan sonrakı karyerasında uğurlar arzulayaraq müffəvəqiyyətlər və can sağlığı diləyir. 

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.