“Xəzər Lənkəran”ın növbəti sınağı

Antalya toplanışı çərçivəsində hazırlığını davam etdirən “Xəzər Lənkəran” yanvar ayının 21-də növbəti yoxlama oyununa çıxacaq. Sayca dördüncü sınaq matçında rəqib Rumıniyanın əsas liqa təmsilçisi “Universitatea Craiova” klubudur. Rəqib hazırda 17 oyundan 29 xal toplamaqla turnir çədvəlində 6-cı sırada qərarlaşıb. Matç, Bakı vaxtı ilə saat 19:00-da “Papillon Futbol Mərkəzi"nin futbol meydançasında baş tutacaq və “Xəzər Lənkəran TV” ilə canlı yayımlanacaq.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.