Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Əvəzedici komanda ikinci dövrəni də zirvədə bitirdi

Name18-ci tur çərçivəsində AZAL-la qarşılaşan əvəzedicilər rəqibini 3:1 hesabı ilə üstələdi. Oyunda hesabı penalti nöqtəsindən fərqlənən Elsevər Bəkirzadə açdı. Ardından Anar Babazadə hesabı artırdı. Fasilədən sonra Elsevər Bəkirzadə daha bir qol vurmaqla mövsümdə 6-cı qoluna imza atdı və komandanın bu mövsüm ən sərrast futbolçusu olan Kazım Kazımlıya çatdı. Oyunun icmalını "Xəzər Lənkəran" TV təqdim edir:

 

 

 

 

Turun və dövrənin nəticələrinə görə komandamız 32 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşdı və ən yaxın izləyicilərini 2 xal qabaqladı. Bu isə o deməkdir ki, Elbrus Məmmədovun yetirmələri "qış çempionu" statusunu rəsmiləşdirdilər. Xatırladaq ki, əvəzedici heyət ilk dövrəni də birinci pillədə yekunlaşdırmışdı.

 

Dünən isə "Xəzər Lənkəran"ın bazasında klubun vitse-prezidenti Tuyqun Nadirov və idman direktoru Yunis Hüseynov komanda ilə görüş keçirdi. Klubun vitse-prezidenti uğurlu nəticələrə görə məşqçi və futbolçu heyətinə təşəkkür etdi. Komanda üzvlərinin rəhbərliyin etimadını doğrultduqları bildirildi. Əvəzedici heyətin futbolçularına əsas heyətdə daha çox şans verilməsinin vacibliyi vurğulandı. Yunis Hüseynov hazırda əvəzedici heyətdə əsas komandaya layiq oyunçuların kifayət qədər olduğunu söylədi, hal-hazırda əsas komanda ilə birlikdə daimi olaraq 5-6 əvəzedici heyət oyunçusun məşq etdiyini diqqətə çatdırdı və bu futbolçulara daha çox şans veriləcəyinə əmin olduğunu bildirdi. Əvəzedici heyətin baş məşqçisi Elbrus Məmmədov və futbolçular da klub rəhbərliyinin diqqətinə görə minnətdarlıq etdilər və qazanılan nəticələrin qorunub artırılması üçün daim çalışacaqlarını bildirdilər.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.