Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Akademiyanın həftəsi: U-16 və U-15 məğlubiyyətsiz seriyanı davam etdilər

Ötən həftə U-15 Liqası çərçivəsində yetirmələrimiz uzun Zaqatala səfərinə yollandılar. Dumanlı havada keçən oyun Namiq Qarayevin komandasının 3:1 hesablı qələbəsi ilə sona çatdı. Qolları Elməddin Əsədullayev, Sübhan Məmmədli və Əli Qurbanov vurdular. XL TV oyunun icmalını təqdim edir:

 

 

U-16 komandamız isə səfərdə "Rəvan"ın qonağı oldu və 1:0 hesabı ilə qalib gəldi. Yeganə qolu Tariyel Mirzəyev rəqib qapısından keçirdi. Dörd gün sonra isə 16 yaşlılarımız daha bir səfərə çıxdı. "Bakı" ilə təxirə salınmış oyun 1:1 hesabı ilə yekunlaşdı. "Xəzər Lənkəran"ın heyətində Rasim Mikayılov fərqləndi. Beləliklə, fasilə öncə U-16 məğıubiyyəsiz seriyasını 6 oyuna çatdırdı.

 

Akademiyada ilin son oyununu isə U-15 keçirdi. Doğma meydanda "Sumqayıt"ı qəbul edən 2000 təvəllüdlü ağ-yaşıllar 4:2 hesabı ilə qalib gəldilər. Komandanın bütün aparıcı oyunçularının fərqləndiyi görüşdə qolları Nurlan Fərəcli, Xaqani Sadıqov və Sübhan Məmmədli (2) vurdular. Bununla da 8 oyundur məğlub olmayan U-15 komandası fasiləyə gözəl əhval-ruhiyyədə gedir.

 

Daha bir xəbər isə 19 yaşlı futbolçularla bağlıdır. 24-31 dekabr tarixlərində Bakı şəhərində U-19 milli komandasının toplanışı olacaq. Toplanışın ardından komanda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. "Xəzər Lənkəran"ın iki yetirməsi - hücumçu Elnur Cəfərov və qapıçı Turan Hüseynzadə - milli komandaya dəvət olunanlar sırasındadı. Qeyd edık ki, bu, Turan üçün milli komandaya ilk dəvətdir.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.