Mustafa Dənizli ilə yollar ayrıldı

Bu gün "Xəzər Lənkəran" Futbol Klubunun prezidenti Mais Mənsimov və baş məşqçi Mustafa Dənizli arasında görüş keçirildi. Görüşdə komandanın durumu barədə müzakirələr aparıldı və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırıldı.

 

"Xəzər Lənkəran" Futbol Klubu Mustafa Dənizliyə klubda çalışdığı müddətdə etdiyi xidmətlərə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır!

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.