Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Tyeqo de Jesusla müqavilə imzalandı

"Xəzər Lənkəran" Futbol Klubu braziliyalı müdafiəçi Uilliam Tyeqo de Jesusla münasibətləri rəsmilşdirdi.

 

Karyerasına "Sergipe" klubunda başlayan Tyeqo, 2007-ci ildə məşhur "Qremio"nun heyətinə cəlb olunub. "Qremio" ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış etmiş futbolçu bu klubda olduğu müddət ərzində toplam 50-dən çox oyunda forma geyinib.

 

Bir mövsüm Yaponiyanın "Kyoto Sanqa" klubunda forma geyindikdən sonra müdafiəçi ölkəsinin "Bahia" və "Seara" klublarında oynayıb.

 

2013-cü ilin əvvəlində isə Tyeqo "Fiqeyrense" ilə anlaşıb. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu təqvim ili ərzində 40-dan çox oyunda əvəz olunmadan meydanda olub.

 

"Xəzər Lənkəran"la Tyeqo de Jesus arasında növbəti mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.