”Xəzər Lənkəran” Mustafa Dənizli ilə müqavilə imzaladı

“Xəzər Lənkəran” klubunun boşalan baş məşqçi postuna yeni çalışdırıcı təyinatı gerçəkləşib. Türk futbolunun tanınmış simalarından biri, məşqçilik karyerası bir çox titullarla zəngin olan Mustafa Dənizli ilə klubumuz 1 il yarım müddətinə müqaviləyə imza atıb. Dünən klubumuzun Lənkərandakı ofisində “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov cənabları ilə görüşüb bir çox detalları müzakirə edən Dənizli bu gün atdığı imza ilə klubumuzun rəsmən yeni baş məşqçisi olub.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.