Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Mustafa Dənizli ictimaiyyətə təqdim olundu

Bugün "Fairmont" otelində "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizlinin ictimaiyyətə təqdim olunması ilə əlaqədar təşkil olunmuş mətbuat konfransı keçirildi. Öncə "Xəzər Lənkəran" Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov yeni təyinat haqqında söz açaraq, təcrübəli mütəxəssisin zəngin karyerasının ən əsas məqamlarına toxundu və klubun prezidenti ilə baş məşqçinin görüşü barədə qısa məlumat verdi.
 
Mustafa Dənizli ilk növbədə Azərbaycanın onun üçün doğma yer olduğunu ön plana çəkdi: "Azərbaycan mənim üçün yad yer deyil. Bu, uyğunlaşma və iş baxımından çox vacib olan amildir".
 
Daha sonra komandanın hazırkı durumu və perspektivi barədə suallara cavab verən baş məşqçi qarşıda uzun yolun olduğunu bildirdi: "Bu mövsüm oynanılmalı olan matçların demək olar ki, üçdə biri geridə qalıb. Amma qarşıda bizi çoxlu oyunun gözlədiyini anlamalıyıq. Nəticə qazanmağa nə qədər zaman lazım olduğunu proqnozlaşdırmaq düzgün deyil. Əlbəttə ki, biz hər şeyin tam istədiyimiz kimi getməsinin tərəfdarıyıq. Lakin vəziyyəti dəyərləndirməliyik. Çempionatda nə qədər irəli gedə biləcəyimizi, kubokda hansı nəticəni əldə edə biləcəyimizi gördüyümüz işin nəticəsində biləcəyik".
 
Türkiyəli mütəxəssis yerli qaydalarla ölkəsində olan qaydalar arasında müqayisə apardı: "Bu gün Azərbaycanda biri 21 yaşlı olmaqla 4 yerli futbolçunun komandanın heyətində meydanda olması şərtdir. Bu səbəbdən yerli futbolçulara, həmçinin klubun aşağı yaş qruplarına xüsusi önəm verməyimiz gərəkdir. Türkiyədə də legioner limiti olduğundan bəzən oynamağa layiq güclü əcnəbi futbolçuların şans əldə edə bilmədiyini görürük. Bu səbəbdən güclü yerli futbolçulara sahib olmaq böyük üstünlükdür".
 
Dünənki kubok qarşılaşmasına da toxunan Dənizli bütün oyunlara ciddi yanaşmanın vacib olduğunu söylədi: "Rəqibin hansı liqada oynaması və hansı heyətə malik olmasından asılı olmayaraq, komanda oyuna düzgün şəkildə köklənməlidir. Ötən gün Türkiyə kubokunda buna nümunə olaraq aparıcı klubların aşağı dəstə təmsilçilərinə məğlub olmasının şahidi olduq. Bu o deməkdir ki, oyunçularda lazımi konsentrasiya olmayıb".
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.