Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

”Xəzər Lənkəran” Azərbaycan Superkubokunun qalibi oldu

Naxcıvanda Azərbaycan Superkubokunun qalibini müəyyən etmək üçün keçirilən “Xəzər Lənkəran”-“Neftçi” oyunu gözlənildiyindən artıq maraqlı və gərgin atmosferdə baş tutdu. İbrahimxəlil Axundlu adına Naxçıvan şəhər stadionunda keçirilən qarşılaşmaya komandamız aşağıdakı start heyəti ilə çıxdı:
 
33. Duqlas Leite, 3.Vanderson Skardueli, 4.Alvaro Silva, 6.Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10.Elnur Abdullayev, 11.Zohair Benouahi, 14.Rahid Əmirquliyev (k), 20.Etame Mbilla, 27.Adrian Skarlatake, 55.Ağabala Ramazanov
Ehtiyat oyunçular: 1.Orxan Sadıqlı, 8.Edu Oriol, 18.Tural Cəlilov, 21.Radomir Todorov, 22.Deivid Sakkoni, 23.Nikola Qliqorov, 42.Kamran Abdullazadə
 
İlk dəqiqələrdən oyuna inamlı başlayan “Xəzər Lənkəran” bunun məntiqi nəticəsi kimi hesabı ilk açan tərəf oldu. Etame Mbilla Ramazanovun ara ötürməsi sonrasi hesabı açdı. Matçın 1/3-i geridə qalarkən rəqibini bircə dəfə də qapısına doğru zərbə endirməyə imkan verməyən komandamız daha iki epizodda qola yaxın olsada zərbələrdə azacıq dəqiqlik çatmadı. İlk hissənin sonuna yaxın Mahir Şükürovun cərimə zərbəsi sonrası ideal seyvi ilə topu kornerə çıxaran Duqlas Leyte “Neftçi”nin hesabı bərabərləşdirməsinə imkan vermədi. Fasiləyə minimal hesablı üstünlüklə yollanan komandamız ikinci hissədə azlıqda qaldı. 64-cü dəqiqədə Sadio Tounkara ikinci sarı vərəqə alması ilə meydandan qovuldu. “Neftçi” tərəfi meydanda sayca üstün olmasından maksimum yararlanıb matçın sonuna 20 dəqiqə qalmış Kordoza ilə hesabı bərabərləşdirdikdən sonra hamı əlavə vaxtı düşündüyü an … Meydanda gözəl oyunu,əzmkarlığı ilə seçilən “Xəzər Lənkəran” son dəqiqədə önə keçdi. Rasim Ramaldanov baş zərbəsi ilə “Xəzər Lənkəran”ı qələbə topunu vurdu və 4-cü dəfə keçirilən Superkubokun qalibi “Xəzər Lənkəran” oldu!
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.