”Xəzər Lənkəran” Deyvid Sakkoni ilə müqavilə imzaladı

"Xəzər Lənkəran" Futbol Klubu daha bir futbolçunu heyətinə cəlb etdi. Braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün komandamızın sıralarına qoşuldu.
 
26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandların heyətində çıxış edib. 3 il "Palmeiras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyinib. 
 
Klubla Deyvid Sakkoni arasında bir illik müqavilə imzalanıb. 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.