Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Mais Mənsimov: ”Klub rəhbərliyi baş verənlərə görə məsuliyyət daşıyır”

“Xəzər Lənkəran” Futbol Klubunun prezidenti Mais Mənsimov “Makkabi” (Hayfa) oyunu sonrası baş verənlərə münasibət bildirib. Klub prezidenti klubun rəsmi saytına açıqlamasında böyük hesablı məğlubiyyət sonrası atılan addımlar və qarşıda görüləcək işlərə aydınlıq gətirib:
 
- “Xəzər Lənkəran”ın Avropa Liqasında uğradığı məğlubiyyət hamımız üçün üzücü oldu. Klub rəhbərliyi baş verənlərə görə sözsüz ki, məsuliyyət daşıyır. Hal-hazırda bu məsuliyyətdən irəli gələn tədbirlər təxirə salınmadan həyata keçirilməlidir. Komandaya yönələn bu diqqət və belə bir azarkeş dəstəyi müqabilində alınan uğursuz nəticə günahkarların aşkarlanıb cəzalanmasını tələb edir. “Xəzər Lənkəran”ı ən çətin anlarda tək buraxmayan azarkeşlərimiz qətiyyən buna layiq deyildir. Əminliklə bildirirəm ki, klub rəhbərliyi bu istiqamətdə lazımi nəticələr çıxarmaqla tam ciddiyyəti üzrə tədbirlər görəcək və bu iş tam olaraq mənim nəzarətimdə olacaq.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.