Zohair Benouahi ”Xəzər Lənkəran”da!

“Xəzər Lənkəran” cari mövsüm başa çatan kimi növbəti mövsüm və avro kuboklar üçün transfer çalışmalarını davam etdirir. İlk olaraq Franko Nildonu rənglərinə bağlayan klubumuz, bu gün daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb. Uzun müddətdir ölkəmizdə çıxış edən və səviyyəli legionerlərdən sayılan Zohair Benouahi ilə iki illik müqavilə bağlanılıb. 26 yaşı olan mərakeşli futbolçu ampulaca yarımmüdafiəçidir və bundan öncə Bakının AZAL klubunun şərəfini qoruyub. 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.