Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Mübariz Mənsimov: Biz Toşakın bütün qərarlarının arxasında duracağıq

"Xəzər Lənkəran" dünən Topaz Premyer Liqasının XXV turunda "Kəpəz"lə qarşılaşdı. "Dalğa Arena"da baş tutan oyunu izləyənlər arasında komandamızın fəxri prezidenti Mübariz Mənsimov da vardı. Görüşün fasiləsində fəxri prezident “Xəzər Lənkəran”ın rəsmi saytı və apasport.az saytına müsahibə verdi. Həmin müsahibəni təqdim edirik.
 
- Con Toşakın "Xəzər Lənkəran"ın baş məşqçi postuna təyin olunması böyük rezonans doğurdu. Uelsli mütəxəssisin rəhbərliyi altında komandanızın keçirdiyi ilk səfər matçını canlı izləyirsiniz. Hansı düşüncələriniz var?
- Toşak işinə yeni başlayıb. Uelsli mütəxəssis haqda danışmağa ehtiyac yoxdu. Adlı-sanlı, tanınmış simadı. Gördüyü işlərlə özünü sübut etmiş mütəxəssislərdəndi. Hələ komandaya, futbolçulara baxır. Bu dəfə komandadan maksimum nə tələb olunursa, onu da alacaq. Toşakı çoxdan tanıyıram, ona inanıram, ona inamım böyükdür. Toşakı "Xəzər Lənkəran"a gəlməsi Azərbaycan futbolu üçün də yaxşı haldır.
 
- Adətən adlı-sanlı məşqçilər Azərbaycana gəlməkdə tərəddüd edirlər. Bu mənada Con Toşakla ortaq məxrəcə gəlməkdə hansısa problem olmadı ki?
- Xeyr. Toşak çox sadə insandır. Heç bir problem yaranmadı. Dostlarımız sağ olsun, onların da əlaqələrindən istifadə etdik.
 
- Gələn il "Xəzər Lənkəran" 10 yaşını qeyd edəcək. Bu səbəbdən növbəti mövsüm komandanın məqsədi böyük olacaq...
- Əlbəttə. Bütün səlahiyyətlər baş məşqçimizdədir. Kimi istəyərsə transfer edər. Biz onun bütün qərarlarının arxasında duracağıq.
 
- "Kimi istəyərsə transfer edər" deyəndə, yəqin ki məşhur futbolçuların transferinə işarə vurursunuz...
- Bəli!
 
- Toşakın gəlişindən sonra "Arsenal"a məxsus Andrey Arşavinin "Xəzər Lənkəran"a keçəcəyi barədə xəbərlər səngimək bilmir. Rusiyalı futbolçu həqiqətən də komandanızın maraq dairəsinə düşübmü?
- Arşavinlə kim görüşüb, kim maraqlanıb, mənim bundan xəbərim yoxdu. Əslində, bu yalan xəbərdi, ortaya atılmış boş iddiadı.
 
- Bəs komandanıza Arşavin səviyyəsində futbolçu transfer edilə bilərmi?
- Nəinki Arşavin, ondan da məşhur futbolçu gələ bilər.
 
- Yəqin ki, Toşakın təyinatından sonra komandanızın oyunlarını izləmək üçün Azərbaycanda, Lənkəranda daha çox görəcəyik. Hər halda, lənkəranlı azarkeşlərin sizə rəğbəti çox böyükdür.
- İnşallah. Bundan sonra tez-tez gəlməyə çalışacağam.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.