Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Con Bencamin Toşak: Siz möhtəşəm idiniz!

 “Xəzər Lənkəran”ın Topaz premyer liqasının 28-ci turu çərçivəsində Azalla keçirəcəyi matçdan bir gün öncə, komandamızın paytaxtda məskunlaşdığı oteldə baş məşqçimiz Con Bencamin Toşak klubumuzun rəsmi saytına açıqlama verib.

Con Toşak rəsmi saytımıza danışarkən “Bakı” ilə ölkə kubokunun cavab qarşılaşmasına və qarşıdakı oyunlara toxunub:
 
- Azərbaycan kubokunun finalına vəsiqə qazanmaq yolunda çox ağır bir matça çıxdıq. Komandamın son oyunları məni razı salmasa da “Sumqayıt”la matçda futbolçularım məni az da olsa çıxışları ilə ümidləndirmişdi. Mən onlardan daha da artığını istəyərək “Bakı” ilə cavab qarşılaşmasında meydanda özlərinə inanıb vuruşmalarını istədim. Biz gözəl bilirdik ki, artıq çempionat oyunlarında iddiası qalmayan komanda olaraq ölkə kubokunun finalına vəsiqə qazanmaq komandamız və azarkeşlərimiz üçün nə qədər vacibdir. Bu mənada cavab qarşılaşmasında “Xəzər Lənkəran”lı futbolçuların nəhayət ki, verilən tapşırıqları düzgün yerinə yetirmələri, meydanda özlərinə güvənməklə vuruşmaları öz sözünü dedi. Açığı, mən buna yaxşı mənada təəccübləndim. Amma məni təəccübləndirən ən böyük hadisə azarkeşlərimizin dəstəyi idi. Son oyunlarda tərəfdarları üzdüyümüzdən onların da dəstəyini istədiyimiz kimi hiss etmirdik. Ancaq həmin gün onlar bizi çox vacib oyunda tək buraxmadılar. Mən, “Liverpul”da futbolçu kimi çıxış edərkən azarkeş dəstəyinin nə olduğunu yaxından hiss etmişəm. Sirr deyil ki, “Liverpul” tərəfdarları öz mükkəməl dəstəkləri ilə bütün dünyada seçilirlər. Amma sən demə onlardan geri qalmayan “Xəzər Lənkəran” azarkeşləri də varmış.
 
- Sizi ən çox tərəfdarların dəstəyi baxımından nə təəccübləndirdi?
- Onlarda qəribə bir sirr vardı. Elə dəstək verirlər ki, futbolçuları irəli atılmağa, qol vurmağa məcbur edirlər. Yəni arxadan güclü bir fırtına səni rəqib qapısına doğru sürükləyir. Bu futbolçularım kimi məni də çox məmnun etdi. Bir şey də var ki, onların tribunada sayı “Liverpul” tərəfdarlarının sayından az olsa da dəstəyin gücü eyni idi.
 
- Oyundan sonra keçirilən mətbuat konfransında komandamızın azarkeşlərinə minnətdarlıq etməyiniz, qələbədə onların da payının olduğunu söyləməyiniz yəqin ki, söylədiklərinizə işarə idi.
- Yox, yox. Mən həmin gün, onlar haqqında daha artığını deməklə ənənədən qaça bilməzdim. Yəni ki, yanımda həmkarım da oturmuşdu və biz əsasən matç haqqında danışdıq. Çıxışımın sonunda azarkeşlərimizə minnətdarlıq etsəm də bu ürəyimdəkilərin hamısı deyildi. İndi isə hamısını ümumiləşdirib deyirəm - Siz möhtəşəm idiniz!
 
- Qarşıda çempionat oyunları və əlbəttə ki, ölkə kubokunun finalı var. Nələr sizi qayğılandırır?
- Məni qayğılandıran əsas məqam zədəli futbolçularla bağlıdır. Dünən komandamızın həkimi bununla bağlı ətraflı raport hazırlayıb. Əsas futbolçularımızdan 5-i hal-hazıda ciddi zədədən əziyyət çəkir. Amma biz irəli baxıb bütün çətinliklərə sinə gərməliyik. Tərəfdarlardan bizə inanmalarını istəyirəm. Artıq futbolçular son oyundakı dəstəkdən sonra çox ayılıblar və anlayırlar ki, belə azarkeşləri üzmək olmaz. Onlar üçün daha artığını etməliyik. Bu gün klub rəhbərliyi də komandaya lazım olan bütün dəstəyi əsirgəmir. Ümid edirəm sonda hər şey bizim hamımızın istədiyi kimi olacaq.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.