Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Con Toşak: Üstünlüyü yerli oyunçulara verəcəm

“Karyeram ərzində çalışdırdıqlarım klublar daha çox kuboklar qazanıb, odur ki, mən kuboku sevirəm. Və mənim üçün Azərbaycan kubokunun qazanılması da maraqlı olardı”. Bu sözləri bu gün təqdimetmə mərasimi çərçivəsində keçirilən ilk mətbuat konfransında “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Bencamin Toşak deyib.
 
Onun necə “Xəzər Lənkəran”a gəlməsi haqqında suala cavab verərkən məşqçi qeyd etdi ki, onunla “Beşıktaş” prezidenti əlaqə saxlayaraq fəxri prezidentimiz Mübariz Mənsimovla görüşməyi məsləhət görüb. “Bundan əvvəl mən Uels yığması ilə 2 dəfə Azərbaycanda olmuşam, odur ki, bu ölkə mənə tanışdır. Beləliklə mən Mübariz bəylə görüşməyə razılaşdım və onunla danışıqlar zamanı anladım ki, “Xəzər Lənkəran”a gəlmək təklifi mənim üçün yeni çağırışdır. Və mən bu maraqlı təklifə razılığımı verdim”, - deyə Toşak vurğuladı.
 
Planlarından danışan çalışdırıcı belə söylədi: “Mən hələ ki tək gəlmişəm. İstəyirəm gedim Lənkərana, oradakı vəziyyəti gözlərimlə görüm, ondan sonra bizə nə lazım olduğunu özüm üçün müəyyənləşdirim. Mən hələ komandanı görməmişəm, odur ki, hansı taktikaya üstünlük verəcəyimiz haqda danışmağım hələ tezdir. Komanda üzvləri ilə tanışlıqdan sonra bununla bağlı hansısa qənaətə gələ bilərəm. Taktikanı oyuunçulara uyğun qurmaq lazımdır. O ki qaldı məşqçilərə, mən 35 illik karyeram ərzində 7 ölkədə işləmişəm və həmişə yerli mentalitetdə olan məşqçilərlə işləməyə üstünlük vermişəm. Çox guman ki, bu dəfə də istisna olmayacaq. Yerli məşqçilər məni Azərbaycan futbolu ilə tanış edərlər, eyni zamanda məndən də nəsə öyrənərlər. Hələ ki mən heç kəsi gətirməmişəm və təhdid qarşısında təkəm”.
 
Transferlərin olub-olmayacağından söz açan Toşak qeyd etdi ki, komanda ilə tanış olduqdan sonra bu məsələyə aydınlıq gətirilə bilər: “Transferlər transfer naminə olmamalıdır. İlk növbədə mən komanda üzvlərinin səviyyələrini görmək istəyirəm. Mən belə fikirdəyəm ki, yerli məhsul daha yaxşı dad verirsə, gedib supermarketdən süni bir şey almağa ehtiyaç yoxdur. Mən həmişə etdiyim kimi, bu dəfə də üstünlüyü yerli oyunçulara verəcəm. Amma legioner alsaq, o, komanda üçün canını meydanda qoyan futbolçu olmalıdır. Mən hesab edirəm ki, bu gün komandada həddindən çox legioner var. Bu, mənim şəxsi fikrimdir, ancaq vəziyyətlə hələ yaxından tanış olmaq lazımdır”.
 
Makedoniya yığmasından ayrılmasınin səbəbini şərh edən mütəxəssis vurğuladı ki, orada tam fərqli məsələ idi: “Makedoniya yığması və “Xəzər Lənkəran” ayrı-ayrı şeylərdi. Makedoniyada söhbət milli yığmadan gedirdi, və bu komandanın oyunları arasında uzun müddət olduğundan bu ölkədə qalmağın mənası yox idi. “Xəzər Lənkəran” isə hər həftə oyun keçirən klubdur. Mənim üçün Lənkərana tez gedərək orada vəziyyətlə tanış olub tezliklə işə başlamaq çox maraqlıdır”.
 
“Xəzər Lənkəran”ın baş məşqçisi olaraq komandamızın Azərbaycan milli yığmasına verəcəyi töhvə haqqında danışan Toşak bəyan etdi: “Milli yığma – çox mühüm məsələdir və biz sözsüz ki, ona yardım etməyə çalışıcağıq. Ancaq bizim yağlı çörəyimiz “Xəzər lənkəran”dır və biz onun uğuru üçün işləyəcəyik”.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.