Uğur Pamuk ”Xəzər Lənkəran”da

“Xəzər Lənkəran” Uğur Pamukun transferini rəsmiləşdirdi. Futbolçu ilə bu gün iki illik müqavilə imzalanıb.
 
1989-cu ildə Almaniyanın Bilefeld şəhərində anadan olan hücumçu “Arminiya” klubunun yetirməsidir. Karyerasına bu komandada başlayan Pamuk 2007/08 mövsümünü Bilefeld təmsilçisində keçirib.
 
2008-ci ilin yayında aşağı dəstə təmsilçisi “TuS Dornberq”ə keçən hücumçu 3,5 mövsüm bu komandada oynayıb. Həmin klubdakı sonuncu 2011/12 mövsümünün ilk yarısında Uğur Azərbaycana transfer olunub.
 
2012-ci ilin yanvarından Uğur “Sumqayıt”ın şərəfini qoruyub. Həmin ildə 3 dəfə Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılıb.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.