Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

”Xəzər Lənkəran”ın gənclər inkişaf proqramının yeni rəhbəri təyin olundu

“Xəzər Lənkəran” Futbol Klubunun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olundu. Bu gün klubun ofisində türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanıb. İlhan Akgül klubumuzun aşağı yaş qruplarına nəzarət edəcək.
 
41 yaşlı İlhan Akgül “Xəzər Lənkəran” camiəsinə yaxşı tanışdır. O, vaxtilə klubumuzda idman direktoru vəzifəsində çalışan Cüneyt Biçer tərəfindən digər türk məşqçilərlə birlikdə “Xəzər Lənkəran”a dəvət olunmuş və bir il ərzində aşağı yaş qruplarını çalışdırmışdır.
 
Cüneyt Biçer kimi İlhan Akgül də vaxtilə futbolçu həyatı yaşayıb. O, 19 il Türkiyənin müxtəlif liqalarında çıxış edən komandalarda 500 oyun keçirib, o cümlədən 7 il Superliqa təmsilçisi olmuş “Altay" klubunun şərəfini qoruyub.
 
İlhan Akgül məşqçi qismində artıq 6 ildir ki çalışır. O, UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir. Mütəxəssis Türkiyə millisinin aşağı yaş qrupları üzrə koordinator və məşqçi köməkçisi vəzifələrində çalışıb.
 
Saytımıza müsahibə verən Akgül klubumuzda gələcək fəaliyyətinin uğurlu olacağına əminliyini bildirdi: “Azərbaycan futbolu və “Xəzər Lənkəran” mənə yaxşı tanışdır çünki mən 1 il burada çalışmışam. Bu amil mənim daha yaxşı nəticə göstərməyimə əlavə töhvə verəcək. Aşağı yaş qruplarına yüzlərlə uşaqlar gəlir və onlardan yalnız bir neçəsi yaxşı futbolçu kimi yetişir. Belə oyunçuları düzgün seçmək çox vacibdir. Biz çalışacağıq ki, futbolçular tək fiziki baxımdan yox, həm də insani və təhsil baxımından da inkişaf etsinlər. Bu məqsədlə bizim 2 növ məşqlərimiz olacaq: 1. futbolçuların problemsiz daha yuxarı yaş qruplarına keçməsi və uyğunlaşması üçün onların fiziki baxımdan təkmilləşdirilməsi; 2. fərdi xarakterin formalaşması, futbolçuların reaksiyasının, taktika və koordinasiyaya uyğunlaşmasının təmin edilməsi. Bu tədbirlər nəticəsində biz bacarıqlı futbolçuların yetişməsinə nail olacağıq, futbolçu qabiliyyəti olmayanlar isə Azərbaycan üçün yaxşı xarakterə və insani keyfiyyətlərə malik vətəndaş olacaqlar”.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.