”Xəzər Lənkəran” xorvat qapıçı ilə anlaşdı

"Xəzər Lənkəran" bu gün komandamızın düşərgəsinə baxışa gələn xorvatiyalı qapıçı İvan Çoviçlə iki illik müqavilə imzalayıb. 
 
22 yaşlı qolkiper vaxtilə U-21 Xorvatiya millisinin şərəfini qoruyub, 2008-2009-cu illərdə Zaqreb "Dinamo"sunda, 2009-2010-cu illərdə "İnter Zapreşiç" və 2010-2012-ci illərdə "Hrvatski Dragovoljac" klublarında oynayıb.
 
Dünən komandamızın axşam məşqi zamanı xorvatiyalı qolkiper özünü ən yaxşı tərəfdən göstərərək məşqçi korpusunun rəğbətini qazandı.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.