Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Karles Martorell Bakes ictimaiyyətə təqdim olundu

"Mən bura gəlmişəm "Xəzər Lənkəran"ı çempion etməyə. Əminəm ki, rəhbərlik və məşqçi korpusunun əməyi sayəsində biz buna nail olacağıq və beləliklə xoşagəlməz tendensiyalara son qoyacağıq". Bu sözləri "Xəzər Lənkəran" Futbol Klubunun yeni baş məşqçisi Karles Martorell Bakes bu gün Modern otelinin salonunda təqdimetmə mərasimi çərçivəsində keçirilən mətbuat konfransında deyib. Mütəxəssis media nümayəndələrinin suallarını cavablandıraraq komandamızda planlaşdırdığı işlərdən bəhs etdi. O, qeyd etdi ki, komandada böyük islahatlar keçirməyə niyyəti yoxdur: "Mənim nə oyunçu heyətində, nə də məşqçi korpusunda böyük dəyişikliklər etməyə niyyətim yoxdur. Klubda kifayət qədər yüksək səviyyəli oyunçular mövcuddur, odur ki belə dəyişikliklərə ehtiyac duymuram". Onun sözlərinə görə "Xəzər Lənkəran"ın indiki heyətilə də çempionluq uğrunda mübarizə aparmaq olar, ancaq komandanın gücləndirilməsinə ehtiyac var. İspan mütəxəssis bildirdi ki, üzümüzə gələn transfer dövründə heyətimizə əlavə 2-3 futbolçu qatacaq: "İndiki heyətimiz balacadır. Biz yaxın zamanda 2-3 transfer planlaşdırırıq. Yeni futbolçuların milliyəti əhəmiyyət kəsb etmir, əsas odur ki, onlar tezliklə komandaya və şəraitə uyğunlaşa bilsinlər". 
 
Karles Martorell komandasının necə oyun sərgələyəcəyindən danışarkən bunları qeyd etdi: "Məm istərdim ki, mənim komandam daha çox topa sahib olsun, müdafiədən tez hücuma keçə bilsin və daha çox cinahları işlədsin".
 
Mütəxəssis azarkeşlərimizi də unutmadı: "Əgər onlar məğlubiyyəti həzm edə bilmirlərsə, çox gözəl. Onda qoy stadiona gəlsinlər, biz də onlara görmək istədikləri futbolu nümayiş etdirməyə çalışarıq. Hər məşqçi oyun taktikasını futbolçularının səviyyəsinə uyğun qurur. Şübhəsiz ki, bizim sxem də buna uyğun qurulacaq".
 
 
 
 
 
 
 
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.