Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Yeni baş məşqçimiz haqqında

Keçmiş baş məşqçi Yunis Hüseynovla yollarını ayıran “Xəzər Lənkəran” yeni baş məşqçi ilə anlaşıb. Bundan sonra komandamızı 39 yaşlı ispan baş məşqçi Karles Martorell Bakes çalışdıracaq. Futbola böyük sevgisi olan, dinamik və ünsiyyətcil insan olan Bakes demək olar ki, bütün həyatını professional olaraq futbola həsr etmişdir. Akademik təhsilinə Barselona Universitetində bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi ilə başlayan məşqçinin təhsil keçmişində Barselona Futbol klubunda məşqçilik metodologiyası üzrə master dərəcəsi, FIFA PRO A məşqçi lisenziyası (Ispaniya Futbol Liqasinda məşqçi işləmək üçün ən yüksək dərəcə), Barselona futbol klubu nəzdində məşqçi-direktor kimi önəmli məqamlar diqqəti cəlb edir.
 
Professional futbol təcrübəsinə 2005-ci ildə Deportivo Ribes futbol klubunda başlayan Bakes 2006-cı ilə qədər buradaki baş məşqçi postunda qalıb işləmişdir. O, 2006-cı ildə bu postu tərk edərək 1 il Barselonanın Pia de Sarria-Calassanc adlı məşqçilərin formalaşması və inkişafı məktəbində məşqçi və müəllim olaraq çalışmışdır. İspan futbol adamı eyni zamanda 2006-2008-ci illərdə Vilanova ve La Geltru futbol klublarında Baş menecer ve idman direktoru olaraq fəaliyyət göstərmişdir. Bakes 2008-2010-cu illərdə Subrunese futbol klubunda baş məşqçi vəzifəsini icra etmiş, 2008 – 2012- ci illər ərzində Barselona futbol klubu nəzdində məşqçi-direktor olaraq çalışmışdır. Futbol kariyerası ərzində Kataloniya futbol federasiyasında məşqçi və müəllim olaraq hazırda Barselona futbol klubunun əsas komandasında çıxış edən bəzi futbolçularla işləmişdir.
 
O, son olaraq Kataloniya Futbol Federasiyasında U-14 komandasında baş məşqçi və direktor olaraq çalışmışdır.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.