Prezident futbolçuları məsuliyyətli olmağa çağırdı

"Xəzər Lənkəran" Futbol Klubunun prezidenti Mais Mənsimov bu gün AZAL Arenaya gələrək komandamızın heyətilə məşqdən əvvəl toplantı keçirdi. Tədbirdə çıxış edərək prezident Mais Mənsimov bir daha futbolçuları məsuliyyətlərini dərk etməyə çağırdı. O, ümidvar olduğunu bildirdi ki, sabah Topaz Premyer Liqasının VIII turu çərçivəsində AZALa qarşı keçiriləcək görüşdə komandamız adına layiq oyun nümayiş etdirəcək.
 
Daha sonra klub prezidenti komandanın məşqini izlədi.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.