”Xəzər Lənkəran” FK-dan Alim Qurbanova təbrik

Bu gün klubumuzun veteran futbolçusu Alim Qurbanovun toyudur. Bu münasibətlə “Xəzər Lənkəran” Futbol Klubunun kollektivi Alimi ürəkdən təbrik edir, ona can sağlığı və ailə səadəti, oğullu-qızlı olmasını arzulayır.
 
Qeyd edək ki, Alim Qurbanov Klubumuzun yarandığı vaxtdan, yəni 2004-cü ilin yayından bu günə kimi komandamızdadır. O, yalnız 2008/09 mövsümünün ikinci yarısında “Karvan”a icarəyə verilmişdir.
 
Alim komandamızın heyətində bir neçə titul qazanıb: Birlik kubokunun qalibi (2008), Azərbaycan çempionu (2006/07), gümüş mükafatçı (2004/05, 2010/11, 2011/12), Azərbaycan kubokunun sahibi (2006/2007, 2007/2008, 2010/2011).

 
 
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.