Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

”Xəzər Lənkəran” Futbol Klubunun bəyanatı

Bu gün "Xəzər Lənkəran" Futbol Klubunun ofisində Klub rəhbərliyinin iclası keçirilib. Bir neçə saat davam edən iclasda əsas və əvəzedici heyətlərin 2012/2013 mövsümü çempionatında çıxışları müzakirə olunub. Rəhbərlik komandalarımızın turnir cədvəlində tutduqları mövqeyi, sərgilədikləri oyunu, komandadaxili ab-havanı və bəzi futbolçularımızın davranışlarına nəzər salaraq mövcud vəziyyəti heç də "Xəzər Lənkəran"a yaraşmadığı qənaətinə gəlib. Cari mövsümdə komandamızın keçirdiyi 6 oyunda cəmi 5 xal toplaya bilməsi və turnir cədvəlinin 11 yerində qərarlaşması rəhbərliyi qəti tədbirlərə əl atmağa sövq edib. Belə ki, iclasın yekununda aşağıda göstərilən qərarlar qəbul olunub: 
 
1. "Xəzər Lənkəran"ın əsas komandasının məşqçilər korpusunda köklü islahatlar həyata keçirilsin. Bu islahatlar çərçivəsində baş məşqçinin köməkçiləri Zaur Ramazanov, Zakir Mahmudov və Alim Qurbanov tutduqları vəzifədən azad olsunlar;
 
2. "Xəzər Lənkəran"ın əvəzedici heyətinin cari mövsüm ərzində 7 turdan sonra 2 xal toplayıb 12-ci yerdə olmasını nəzərə alaraq həmin komandanın baş məşqçisi Elbrus Məmmədova sonuncu xəbərdarlıq və şiddətli töhmət edilsin, qarşısına qısa bir zamanda yaranmış vəziyyətin düzəlməsi üçün əməli tədbirlər görməsi tələbi qoyulsun.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.