Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

”Xəzər Lənkəran” yeni fiziki hazırlıq üzrə məşqçi ilə anlaşdı

"Xəzər Lənkəran" bu gün yeni fiziki hazırlıq üzrə məşqçi, Erik Roketa Kapilla ilə bir illik müqavilə imzalayıb.
 
27-yaşlı ispaniyalı məşqçi fiziki hazırlıq və idman elmləri üzrə bakalavr, komanda idman növlərində yüksək məhsuldarlıq üzrə mütəxəssisdir. O, müəyyən vaxt "Barselona" futbol klubu ilə əməkdaşlıq edib, "Barselona" futbol federasiyası tərəfindən verilmiş futbol məktəblərində çalışmaq üçün məşqçilik diplomuna və 2-ci dərəcəli FİFA məşqçilik diplomuna malikdir. Həmçinin Kapilla gənc istedadlı idmançıların seçimi üzrə məşqçidir.
 
O, 2005-2006-cı illərdə “Blanka Subur” futbol komandasında, 2006-2007-ci illərdə “Espanyol” futbol klubunun texniki mərkəzində, eyni zamanda “Eskola Pia de Sitces” futzal komandasında, 2007-2008-ci illərdə “Vilanova” və “Munia” futbol klublarında, 2008-2012-ci illərdə “Reus Deportiu” otüstü hokkey komandasında və 2009-2011-ci illərdə qadınlardan ibarət “Barselona” volleybol komandasında fiziki hazırlıq üzrə məşqçi işləyib.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.