Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

”Xəzər Lənkəran”ın fəxri prezidenti komandanın məşqçilər korpusu ilə görüşüb

Bugün "Xəzər Lənkəran" Futbol Klubunun fəxri prezidenti Mübariz Mənsimov Lənkəranda komandanın baş məşqçisi Yunis Hüseynov və onun məşqçi korpusu ilə görüş keçirib. Görüşdə klubun prezidenti Mais Mənsimov, vitse-prezident Tuyqun Nadirov və komandanın rəisi Səməd Mustafayev də iştirak ediblər.
 
Cənab Mənsimov komandanın qarşıdan gələn Avropa Liqası oyunlarına hazırlığı barədə maraqlanaraq, məsul görüşlər öncəsi oyunçuların fiziki və psixoloji durumu barədə baş məşqçinin hesabatını dinləyib. Klubun fəxri prezidenti klub rəhbərliyi və şəxsən onun tərəfindən komandaya lazım olan bütün dəstəyin verildiyinə zəmanət verməklə, komandadan layiqli və uğurlu nəticəni gözlədiyini və bu nəticənin qazanılacağına inamını bildirdi.
 
"Xəzər Lənkəran"ın fəxri prezidentinə komandanın hazırlığı barədə ətraflı məlumat verən baş məşqçi Yunis Hüseynov da öz növbəsində uğurlu nəticənin qazanılması üçün komandanın özünün bütün gücünü maksimal şəkildə və faydalı məcrada istifadə edəcəyinə söz verdi. Baş məşqçi və onun köməkçiləri cənab Mənsimova komandaya göstərdiyi bu diqqətə görə təşəkkürlərini bildirərək, bu görüşün komandadaxili əhval-ruhiyyəyə olduqca müsbət təsir edəcəyinə əminliklərini bildirdilər.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.