Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Ruslan Abışov ”Xəzər Lənkəran”da

“Xəzər Lənkəran” Azərbaycan yığma komandasının aparıcı üzvü Ruslan Abışovu heyətinə cəlb etdi.
 
24 yaşlı futbolçu 2009-cu ildən etibarən milli komandanın sıralarına çağırılır. Qısa müddət ərzində yığmanın liderlərindən birinə çevrilən Abışov əsasən mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqelərində çıxış edir. Gənc futbolçu millinin heyətində yoldaşlıq oyununda Çexiya yığma komandasına, həmçinin AVRO 2012 seçmə mərhələsində Belçika yığmasına vurduğu qollarla da yadda qalıb.
 
Ruslan Abışov 2010/2011 mövsümündə Premyer Liqanın ən yaxşı müdafiəçisi adına layiq görülüb. Müdafiəçi 2006-2012-ci illərdə “Neftçi” klubunun heyətində çıxış edib.
 
Futbolçu ilə klub arasında 2 il müddətinə müqavilə imzalanıb. Hazırda Avstriyada “Xəzər Lənkəran”ın düşərgəsində olan Abışov artıq komandanın məşqlərinə qoşulub.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.